Naryadverən tərəfindən aparılan məqsədli təlimatlandırmanın qeydiyyatı naryadın blankında sənədləşdirilir və məqsədli təlimatlandırma və işə buraxılış işəburaxanın, iş icraçısının (nəzarətçinin), iş rəhbərinin və briqada üzvlərinin imzaları ilə sənədləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Sərəncam üzrə işlər zamanı məqsədli təlimatlandırmanı aşağıdakı şəxslər aparır:

–  sərəncamı verən şəxs iş icraçısına (nəzarətçiyə), işləmə yerinə buraxılış bu Qaydaların 12.2-ci bəndinə uyğun olaraq, tələb olunmayan hallarda isə iş icraçısına (nəzarətçiyə) və briqada üzvlərinə;

– işəburaxan iş icraçısına (nəzarətçiyə) və briqada üzvlərinə;

– iş icraçısı briqada üzvlərinə.