Bir neçə yarımstansiyada və ya bir yarımstansiyanın bir neçə birləşmələrində eyni növ işlərin növbəli şəkildə yerinə yetirilməsi ilə bağlı hansı işlərə 1 (bir) naryad verilməsinə yol verildiyi məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bir neçə yarımstansiyada və ya bir yarımstansiyanın bir neçə birləşmələrində eyni növ işlərin növbəli şəkildə yerinə yetirilməsi ilə bağlı aşağıdakı işlərə 1 (bir) naryad verilməsinə yol verilir:

– izolyatorların təmizlənməsinə (silinməsinə);

– sıxacların (kontakt birləşmələrin) çəkilməsinə;

– avadanlıqdan və kommutasiya aparatlarından yağ nümunəsinin götürülməsinə və doldurulmasına;

– transformatorların və qövssöndürücü reaktorların dolaqlarının budaqlarının çevirmələrinə;

– rele mühafizəsi qurğularının, avtomatika, ölçü cihazlarının yoxlanılmasına;

– avadanlıqların kənar mənbədən yüksək gərginliklə sınağına;

– ölçü ştanqının izolyatorunun yoxlanılmasına.