Vergi ödəyicisi vergi orqanı tərəfindən qəbul edilmiş qərardan, habelə həmin qərarın qəbul edilməsi ilə bağlı imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir.