Vergi öhdəliklərinin hesablanmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi orqanının Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ var:
– vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;
– müvafiq ödəmələr haqqında məlumata;
– vergi yoxlaması materiallarına;
– vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Vergi Məcəlləsinin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.