Vergi orqanı ərizənin və ona əlavə edilmiş sənədlərin tələblərə uyğunluğunu yoxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qərarın qəbul edilməsi üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq vergi orqanı onların aradan qaldırılması barədə məlumatı vergi ödəyicisinə bildirməlidir.