ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl istefa verib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə CNBC məlumat yayıb.
Xatırladaq ki, təhlükəsizlik orqanlarında 28 illik iş təcrübəsinə malik Kimberli Çitl son günlərdə ABŞ-nin 45-ci Prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra ciddi tənqidlər və istefa çağırışları ilə üzləşib. Buna rəğmən o, verdiyi açıqlamalarda bir neçə dəfə istefaya getməyəcəyini bəyan edib. Ötən gün Nümayəndələr Palatasının Nəzarət Komitəsinin bu məsələ ilə bağlı iclasında K. Çitl rəhbəri olduğu qurumun əməkdaşlarının məsuliyyətsiz davrandıqlarını qəbul edib və baş verən hadisəni uğursuzluq adlandırıb.