Kommutasiya aparatlarının intiqalları, həmçinin işləmək üçün açılan hava xətti və kabel xəttinin kommutasiya aparatlarının idarəetmə dövrələrinin açarlarında və düymələrində, işləyən briqadanın sayından asılı olmayaraq, “QOŞMA! XƏTDƏ İŞLƏR GEDİR” sözləri yazılmış bir plakat asılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bu plakat işləmə yerinin hazırlanmasına icazə verən və xətdə işləyən briqadaların sayının uçotunu aparan operativ heyətin göstərişi əsasında asılmalı və çıxarılmalıdır.