Hava xətlərinə işə buraxılış istisna olmaqla, işəburaxan operativ heyət üzvlərindən təyin olunmalıdır. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında işəburaxan elektrik təhlükəsizliyi üzrə IV qrupdan, gərginliyi 1000 V-dək olan elektrik qurğularında isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İş icraçısı aşağıdakılara cavabdehdir:
– işləmə yerinin hazırlanması üçün görülən tədbirlərə və onun naryadın fərdi göstərişlərinə uyğunluğuna;
– briqada üzvlərinin məqsədli təlimatlandırılmasının dəqiqliyinə və tam olmasına;
– mühafizə vasitələri, alət, inventar və cihazların mövcudluğuna, sazlığına və düzgün istifadə edilməsinə;
– işləmə yerində torpaqlanma qurğusunun, bağlayıcı qurğuların, çəpərlənmənin, şəxsləri mümkün təhlükələrdən xəbərdar etmək üçün müəyyən davranışların qadağan edilməsinə və ya bu barədə xəbərdarlıq edilməsinə;
– istifadəsinə məhdudiyyətlər qoyulan və ya istifadəsi təhlükəli və (və ya) ziyanlı istehsalat amillərinin təsirinin istisnası və azaldılması ilə bağlı olan təhlükəli obyektlərin yerləşməsi barədə informasiya daşıyan plakatların (təhlükəsizlik nişanlarının) qorunmasına;
– özünün və briqada üzvlərinin işləri təhlükəsiz aparmasına;
– briqada üzvlərinə daimi nəzarətin həyata keçirilməsinə.