Briqada üzvlərinin sayı çox olduqda naryada işləri icra edənlərin adı, atasının adı, soyadı və dərəcələri göstərilməklə siyahı əlavə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

İş rəhbərinin imzaladığı bu siyahı naryadın əlavəsi kimi rəsmiləşdirilir. Bu halda naryadda briqada üzvlərinin ümumi sayı göstərilir və əlavə olunan siyahının mövcudluğu haqqında qeyd yazılır.