İstismar zamanı görülən işlərin siyahısında təkbaşına yerinə yetirilə bilən işlər göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşlər başlayana qədər istismarçı və podratçı tərəfindən fəaliyyətdə olan elektrik qurğularında və şəbəkənin mühafizə zonasında işlərin təhlükəsiz aparılması şəraitlərini təmin edən birgə tədbirlər işlənib hazırlanmalıdır.