Sabiq diplomat Emin Şaiq İbrahimov adam bıçaqladığına görə saxlanılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə paylaşım edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev həmin paylaşıma rəy bildirib:
“Belə bir hadisə baş verib. Emin İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır”.