Naryad üzrə işlər yerinə yetirilərkən həmin naryadda qeyd edilmiş şəxsin digər şəxslə əvəz edilməsi naryada dəyişiklik edilməsi yolu ilə rəsmiləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Briqadanın tərkibini dəyişmə haqqında göstəriş səs rabitəsi vasitələrindən istifadə etməklə şifahi və ya kuryer vasitəsilə işəburaxana, iş rəhbərinə və ya iş icraçısına verilir. Onlar da öz imzalarının altında dəyişmə haqqında göstəriş verən şəxsin soyadını və adını qeyd edirlər.