Bir neçə elektrik qurğularında və şəbəkələrdə növbəli şəkildə görülən eyni növ işlərlə bağlı bir sərəncam verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Sərəncam üzrə işlər gərginliyin çıxarılmalı və müvəqqəti çəpərlər qurulmalı olmayan, cərəyandaşımayan hissələrdə yerinə yetirilir. Paylayıcı qurğunun gərginlik verilə bilən yığma şinlərində və birləşmələrində görülən işlər istisna olmaqla, gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlərin sərəncam üzrə görülməsinə yol verilir. Bu zaman işi təmir heyətindən ən azı 2 (iki) mütəxəssis yerinə yetirməlidir, onlardan biri elektrik təhlükəsizliyi üzrə III qrupdan, digəri isə II qrupdan aşağı olmayan qrupa malik mütəxəssis olmalıdır.