İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin edilib.

Heftelik.az-ın məlumatına görə, bu vəzifə indiyə qədər direktoru müvəqqəti əvəz edən Xamis Seyranova həvalə olunub.

O, I “Yüksəliş” müsabiqəsinin qalibidir.

X.Seyranov 1984-cü ildə anadan olub, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura, İsveçin Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb.