İkinci dövrələrin, ölçü cihazlarının, rele mühafizəsi, elektrik avtomatikası, telemexanika və rabitə qurğularının, kommutasiya aparatlarının intiqallarında və aqreqat şkaflarında işlər də daxil olmaqla quraşdırma, təmir və istismar üzrə işlərin sərəncam əsasında yerinə yetirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dək olan elektrik qurğusu ilə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı qrupa malik olmayan mütəxəssis sərəncam üzrə təkbaşına işləyə bilər.