Briqadanın tərkibi yalnız naryadverən və ya həmin elektrik qurğusuna naryad verməyə hüququ olan tərəfindən dəyişdirilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Briqadanın tərkibində dəyişiklik edilməsi barədə göstərişin verilməsi haqqında məlumat telekommunikasiya vasitələri və ya kuryer vasitəsilə işəburaxana, iş rəhbərinə və ya iş icraçısına (nəzarətçiyə) bildirilir. Həmin şəxslər naryadda dəyişiklik edir və öz imzaları ilə göstəriş verənin adı və soyadını qeyd etməklə təsdiqləyir. Briqadanın tərkibində dəyişiklik edildikdə iş icraçısı (nəzarətçi) briqada üzvlərini yenidən təlimatlandırmalıdır.