Hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu maddəyə uyğun olaraq müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.