Kontaktlarına baxış üçün əlçatan olmayan gərginliyi 1000 V-dək olan kommutasiya aparatlarının açılmış vəziyyəti (o cümlədən sürüklənməyən avtomatlar, paket açarlar, qapalı vəziyyətdə olan kəsicilər) onların sıxaclarında və ya ayrılan şinlərində, naqillərdə və ya bu kommutasiya aparatları vasitəsilə qoşulan avadanlıqların sıxaclarında gərginliyin olmamasının yoxlanılması ilə təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Arabacıq açarlı komplekt paylayıcı qurğularda, habelə gərginliyi 6 kV və daha yuxarı olan qaz izolyasiyalı kompleks paylayıcı qurğuda görünən qırılma olmadıqda kommutasiya aparatının ayrılmış vəziyyətinin kontaktların zəmanətli mövqeyinin mexaniki göstəricisi vasitəsilə yoxlanılmasına yol verilir.