Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında naryad üzrə aparılan işlərdə iş icraçısı elektrik təhlükəsizliyi üzrə IV qrupdan, gərginliyi 1000 V-dək olan elektrik qurğularında isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Zərərli qazların yarana biləcəyi yeraltı tikililərdə, gərginlik altında işlərdə, gərginliyi 1000 V-dan yuxarı olan hava xətlərinin dayaqlarında asılmış və gərginliyi 1000 V-dək HX naqillərinin çəkilməsi və dəyişdirilməsi işləri yerinə yetirilərkən iş icraçısı elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik olmalıdır. Elektrik qurğularında sərəncam üzrə işin görülməsi üçün iş icraçısı elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır.