Naryad və sərəncam verən şəxs, iş rəhbəri, iş icraçısı onlar tərəfindən keçirilən məqsədli təlimatlandırmada elektrik qurğularında işlər zamanı təhlükəsizlik məsələləri ilə yanaşı, yükqaldıran maşın və mexanizmlərdən, alət və ləvazimatlardan istifadə etməklə işlərin təhlükəsiz aparılması texnologiyaları üzrə dəqiq göstərişlər verməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Nəzarətçi briqada üzvlərini elektrik cərəyanı vurması mümkünlüyünü istisna edən işlərin təhlükəsiz aparılması tədbirləri barədə və briqada üzvlərinin elektrik qurğularının ərazisində hərəkət qaydaları barədə təlimatlandırmalıdır.