Fəaliyyətdə olan elektrik qurğularında naryad üzrə hansı işlərin görüldüyü məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Fəaliyyətdə olan elektrik qurğularında naryad üzrə aşağıdakı işlər görülür:
– gərginliyi çıxarmaqla (induksiyalanmış və induksiyalanmamış gərginliklə) 1000 V-dan yuxarı olan elektrik qurğularında, gərginliyi 1000 V-dək olan paylayıcı qurğunun yığma şinlərində və paylayıcı lövhələrdə, həmçinin yığma şinlərə gərginlik verən birləşmələrdə aparılan işlər;
– elektrik mühafizə vasitələrindən istifadə etməklə gərginliyi çıxarmadan görülən işlər. Bu halda elektrik ölçü kəlbətinləri və ştanqları ilə görülən, həmçinin növbətçi və operativ-təmir heyətinin istismar zamanı görülən işlər istisna olunur. Elektrik mühafizə vasitələrindən istifadə etməklə gərginliyi çıxarmadan növbətçi və operativ-təmir heyətinin istismar zamanı görülən işlərin siyahısı yerli şəraitdən asılı olaraq, işlənib-hazırlanır və elektrik qurğusunun istismarçısının müəyyən etdiyi texniki rəhbər tərəfindən təsdiqlənir;
– cərəyandaşıyan hissələrdə gərginliyi çıxarmadan icra olunan, həmçinin naryad üzrə bu Qaydada göstərilmiş gərginliyin çıxarılması tələb olunmayan işlər.