Hava xəttinə (HX) və o, çoxdövrəli olduqda isə hər bir dövrəyə ayrı naryad verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bir neçə HX-yə (dövrəyə) aşağıdakı hallarda 1 (bir) naryad verməyə yol verilir:
– gərginlik dövrələrdən çıxarıldıqda icra olunan işlərlə bağlı və ya çoxdövrəli HX- lərdə heç bir dövrədən gərginlik çıxarılmadıqda gərginlik altında işlərlə bağlı;
– HX-nin kəsişmə yerlərindəki işlərlə bağlı;
– transformator yarımstansiyası açılıbsa, bir transformator yarımstansiyasından qidalanan, gərginliyi 1000 V-dək olan HX-də işlərin növbəli icrası ilə bağlı;
– bir neçə HX-nin cərəyandaşımayan hissələrində xətt açılmalı olmayan eyni növlü işlərlə bağlı.