Axtarış və götürmə protokolunun surəti barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-istismar təşkilatının nümayəndəsinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Axtarış və ya götürmə idarə, müəssisə, təşkilat və hərbi hissənin ərazisində aparıldıqda, protokolun surəti onların nümayəndələrinə verilir.