İş rəhbəri, iş icraçısı (nəzarətçi) briqada tərkibinə daxil edilən mütəxəssislərlə məqsədli təlimatlandırma aparırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Təlimatlandırmanın aparılması iş rəhbərinin, iş icraçısının (nəzarətçinin), mütəxəssislərin imzaları (vaxtı və tarixi göstərilməklə) və naryadın formasında edilən qeyd ilə sənədləşdirilir. İş rəhbəri və ya iş icraçısı dəyişdikdə, o cümlədən briqadanın ilkin tərkibinin yarısından çoxu dəyişdikdə naryad yenidən verilməlidir.