İşlər yerinə yetirildikdən sonra naryadın verilməsi çətinləşərsə, işəburaxanın və ya işləmə yerinin hazırlanmasına icazə verən şəxsin icazəsi ilə iş icraçısı (nəzarətçi) naryadı özündə saxlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu halda, həmçinin iş icraçısı işəburaxan funksiyasını icra etdiyi halda o, naryadı növbəti gündən gec olmayaraq naryadın bir nüsxəsinin qaldığı və naryadların uçotunu aparan daimi operativ heyətin, uzaqda yerləşən sahədə isə həmin sahənin inzibati-texniki heyətinin üzvünə təqdim etməlidir.