Vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.