Podratçı işi yerinə yetirməyə başlamazdan öncə iş görüləcək elektrik qurğularının xüsusiyyətləri nəzərə alınmaqla, işlərin görülməsinə cəlb edilən şəxsləri təlimatlandırmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Fəaliyyətdə olan elektrik qurğularında elektrik verilişi xəttinin mühafizə zonasında işlər başlayana qədər istismarçı podratçıya aşağıdakıları təqdim etməlidir:
– işlərin məzmununu, həcmini və icra müddətini, istifadə olunan mexanizmlər, alətlər və texnika haqqında məlumatları;
– naryad verməyə, iş rəhbəri və iş icraçısı olmağa hüququ olan istismarçının işə buraxdığı şəxslərin siyahısını.