Açarların pnevmatik intiqallarına havanın girişini bağlayan siyirtmələrin üzərində “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakat asılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Elektrik qurğularının kommutasiya aparatlarının intiqallarında, həmçinin qoşulanda elektrik qurğusunun torpaqlanan hissəsinə gərginlik verən kommutasiya aparatlarının idarəetmə açarlarında və düymələrində “TORPAQLANIB” sözləri yazılmış plakat asılmalıdır.