Vergi ödəyicisinin verginin hesablanması barəsində vergi orqanının qərarından nələri əsas tutaraq məhkəməyə müraciət etmək hüququ olduğu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Vergi ödəyicisinin verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ var:

– vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu;

– verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını.