İş rəhbərinin və ya iş icraçısının (nəzarətçinin) əvəz edilməsi, briqadanın tərkibinin yarıdan çoxunun və ya iş şərtlərinin dəyişdirilməsi hallarında naryad yenidən verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Briqada üzvlərinin yeni işləmə yerinə köçürülməsi iş icraçısında (nəzarətçidə) olan naryadın nüsxəsində sənədləşdirilir. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında, yarımstansiyalarda briqadanın digər işləmə yerinə köçürülməsini işəburaxan həyata keçirir.