Nəzarətçinin nələrə cavabdeh olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Nəzarətçi aşağıdakılara cavabdehdir:
– hazırlanmış işləmə yerinin naryad üzrə hazırlıq tədbirlərinə və naryadın göstərişlərinə uyğunluğuna;
– briqada üzvlərinin məqsədli təlimatlandırılmasının dəqiqliyinə və tam olmasına;
– işləmə yerində quraşdırılmış torpaqlanmaların, çəpərlərin, plakat və təhlükəsizlik nişanlarının, intiqalların bağlayıcı qurğularının mövcudluğuna və qorunmasına;
– elektrik cərəyanından zədələnməyə qarşı briqada üzvlərinin təhlükəsizliyinə.