Avtomatlaşdırılmış işləmə yerlərindən kommutasiya aparatları və torpaqlama bıçaqları məsafədən idarə edilərkən kommutasiya əməliyyatları zamanı heyətin bu kommutasiya aparatları və torpaqlama bıçaqlarının yerləşdiyi paylayıcı qurğularda olmasına yol verilmir, avtomatlaşdırılmış işləmə yerinin siqnalizasiyasından istifadə edərək kommutasiya aparatlarının (açarların, ayırıcıların) və torpaqlama bıçaqlarının vəziyyəti yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kommutasiya aparatlarının və torpaqlama bıçaqlarının faktiki vəziyyətinin yerində vizual yoxlanışı istənilən açılma əməliyyatları tamamladıqdan sonra aparılmalıdır.