Ərizənin forması və məzmunu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Ərizə məhkəməyə yazılı şəkildə verilir. Ərizədə aşağıdakılar göstərilməlidir:
– ərizənin verildiyi məhkəmənin adı;
– arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı;
– qərarı qəbul etmiş arbitraj məhkəməsinin tərkibi;
– daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə edirsə);
– arbitraj məhkəməsi qərarının tarixi və yeri;
– müraciət edən şəxsin arbitraj məhkəməsinin qərarını aldığı tarix;
– müraciət edən şəxsin tələbi və onu əsaslandırdığı hallar;
– əlavə edilən sənədlərin siyahısı.