Türkiyə Super Liqa nəhənglərindən “Fənərbaxça” Yussuf En-Nesrinin transferi üçün “Sevilya” ilə anlaşıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylü” komandadan verilən açıqlamada “Sevilya”ya 19 milyon 500 min avroluq transfer haqqı ödəniləcəyi qeyd edilib. Bildirilib ki, bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək.
Beləliklə, “Fənərbaxça” 2000-ci ildə “Qalatasaray”ın 17 milyon avroya transfer etdiyi Mario Jardeli ötərək Super Liqa tarixinin ən bahalı transferini reallaşdırıb.