Gərginliyi 1000 V-dan yuxarı olan hansı elektrik qurğularında sərəncam üzrə işlərin görülməsinə yol verildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dan yuxarı olan aşağıdakı elektrik qurğularında sərəncam üzrə işlərin görülməsinə yol verilir:
– kabelin açıldığı və onun uclarının qısa qapandığı və torpaqlandığı elektrik mühərriklərində;
– girişindən şinlər və kabellər ayrılmış generatorlarda;
– paylayıcı qurğularda, bölmələrinin çəpərləri qıfılla bağlanmış, arabacıqları irəli sürülən KPQ-lərdə.