Naryadda təmir olunan hava xəttinin (HX) induksiya olunmuş cərəyan altında yerləşib-yerləşməməyi, habelə açılması və torpaqlanması tələb olunan, təmir edilən xətti kəsən HX-lərinin siyahısı göstərilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Onların açılması iş şəraitinə görə tələb olunursa, bu cür göstəriş təmir olunan HX-nin yaxınlığından keçən HX-yə aid naryadda olmalıdır. Bu zaman təmir olunan HX-ni kəsən və ya yaxınlıqdan keçən HX-nin torpaqlanması işə buraxılış icra edilənədək yerinə yetirilməlidir. İşlər tam bitənədək torpaqlanmanın çıxarılması qadağandır.