İş icraçısı briqadanı işlərin təhlükəsiz icrası texnologiyası, alətlərin və ləvazimatların istifadəsi barədə təlimatlandırmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İş icraçısı məqsədli təlimatlandırmada briqada üzvlərinə elektrik cərəyanı vurmasının qarşısını almaq məqsədilə ətraflı göstərişlər verməlidir. İşəburaxan məqsədli təlimatlandırmada briqada üzvlərini naryadın və sərəncamın məzmunu ilə tanış etməli və aşağıdakıları bildirməlidir:
– işləmə yerinin sərhədlərini;
-induksiyalanmış gərginliyin olmasını (elektrik qurğularında işləyərkən);
-gərginlik altında olub-olmamasından asılı olmayaraq, yaxınlaşmağa icazə verilməyən işləmə yerinə ən yaxın olan avadanlığı və təmir olunan avadanlığın və qonşu birləşmələrin cərəyandaşıyan hissələrini.