Açıq paylayıcı qurğunun konstruksiyasının üzəri ilə işləmə yerindən gərginlik altında olan sahələrin sərhədinədək getmək mümkün olan sahələrdə yaxşı görünən “DAYAN! GƏRGİNLİK” sözləri yazılmış plakat asılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu plakatları təmir heyətindən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis işəburaxanın rəhbərliyi altında quraşdırır.