Elektrik qurğularında işlərin görülməsinə podratçı cəlb edildikdə işləmə yerində zərərli və təhlükəli amillərdən mühafizənin təmin edilməsi üzrə öhdəliklər podrat müqaviləsi əsasında podratçı ilə sifarişçi arasında bölüşdürülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Podratçı əməkdaşlarının elektrik təhlükəsizliyi üzrə ixtisas dərəcələrinin və qruplarının görülən işə uyğunluğuna, həmçinin onların bu Qaydaların və digər normativ hüquqi aktların tələblərinə riayət etmələrinə görə cavabdehdir.