Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyası Polad Bülbüloğlunun deputatlığa namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Polad Bülbüloğluna artıq imza vərəqələri verilib.

***

saat 15.52

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq.

Heftelik.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.