“Qalatasaray” Teteni satdı

25 İyul 2024, 15:05

Türkiyə Super Liqa təmsilçilərindən “Qalatasaray” daha bir futbolçu ilə vidalaşıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubdan verilən açıqlamada “sarı-qırmızılar”ın Tete ilə yollarını ayırdığı bildirilib.

Braziliyalı futbolçu Yunanıstan təmsilçisi “Panatinaikos”a keçib. Yunanlar Tete üçün İstanbul klubuna 4 milyon 750 min avro transfer haqqı ödəyəcək.

Qeyd edək ki, Tete “Qalatasaray”a 2023-cü ildə Ukraynanın “Şaxtyor” klubundan keçmişdi.