Hava xətti eyni zamanda müxtəlif istismarçılara məxsus olduğu hallarda xəttin açılması və torpaqlanması barədə həmin istismarçıların əməliyyat jurnallarında qeyd aparılmalı və həmin istismarçılar tərəfindən təsdiqlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Böyük uzunluqlu anker aşırımları daxilində naqillərin (trosların) quraşdırılması və sökülməsi işləri istisna olmaqla, açılmış hava xəttində briqada üzvlərinin uzunluğu 2 (iki) km-dən çox olmayan sahələrdə paylanmasına yol verilir. Bu halda bir briqadanın iş sahəsinin uzunluğunu naryadverən təyin edir.