İşləmə yerinin hazırlığı üzrə naryadda nəzərdə tutulmuş tədbirləri dəyişməyə yol verilmir, yəni işləmə yerində təhlükəli və zərərli istehsalat amillərinin təsirlərinin qarşısını almaq üçün iş başlayanadək görülmüş texniki tədbirlərin nəticələrinin dəyişdirilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşləmə yerinin hazırlığı və işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə tədbirlərin kifayət qədər olmasına və düzgünlüyünə şübhələr yarandıqda işləmə yerinin hazırlığı dayandırılmalı, yaranmış təhlükəsizlik şübhələrini aradan qaldırmaq üçün texniki tədbirləri nəzərdə tutan yeni naryad verilənə qədər planlaşdırılan işlər təxirə salınmalıdır.