Əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Müstəntiq və ya icra məmuru əmlakın mülkiyyətçisinə və ya sahibinə əmlak üzərinə həbs qoyulması haqqında qərarı onlara təqdim edir və əmlakın verilməsini tələb edir. Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə əmlak üzərinə həbs məcburi qaydada qoyulur.