Elektrik qurğularında gərginliyi çıxarmaqla görülən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün texniki tədbirlərin necə yerinə yetirilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularında gərginliyi çıxarmaqla görülən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün texniki tədbirlər aşağıdakı kimi yerinə yetirilməlidir:
– açılmalar aparılmalıdır;
– kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulması nəticəsində işləmə yerinə gərginlik verilməsinin qarşısını alan tədbirlər görülməlidir;
– kommutasiya aparatlarının əl intiqallarına və məsafədən idarəetmə açarlarına qadağanedici plakatlar asılmalıdır;
– torpaqlanmalı olan cərəyandaşıyan hissələrdə gərginliyin olmaması yoxlanılmalıdır;
– torpaqlanma qoyulmalıdır (torpaqlanma bıçaqları qoşulmalı, onların olmadığı yerlərdə səyyar torpaqlanma qurğusu quraşdırılmalıdır);
– “torpaqlanma” yazılmış göstərici plakatlar asılmalıdır;
– işləmə yerləri və gərginlik altında qalan cərəyandaşıyan hissələr çəpərlənməli və təhlükəsizlik plakatları asılmalıdır.