Elektrik qurğusunu qoşmağa yalnız işləmə yerinin hazırlanmasına və işə buraxılışa icazə verən şəxsin və ya onu əvəz edənin icazəsi (sərəncamı) alındıqdan sonra yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğusunun qoşulmasına icazə (sərəncam) yalnız işlərin yerinə yetirilməsindən, habelə elektrik qurğusunda işə buraxılışa icazələri olan işə buraxanlardan elektrik qurğusunu qoşa bilmək imkanı barədə məlumatın alınmasından sonra verilir.