Elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik və həmin qurğu ilə təkbaşına işləyən mütəxəssisə sərəncamla hansı işlərin həvalə olunmasına yol verildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik və həmin qurğu ilə təkbaşına işləyən mütəxəssisə sərəncamla aşağıdakı işlərin həvalə olunmasına yol verilir:
– yağın təmizlənməsi və qurudulması zamanı yağtəmizləyən və digər köməkçi aparatlara xidmət;
– transformatorların və kompressorların ventilyatorlarının və yağ nasoslarının elektrik mühərriklərində və mexaniki hissələrində icra edilən işlər;
– havatəmizləyici süzgəclərin yoxlanılması və onlardakı sorbentlərin dəyişdirilməsi işləri;
– pirometrlər və teplovizorlar vasitəsilə kontakt birləşmələrinin yoxlanılması işləri;
– elektrik maşınlarının titrəyişlərinin ölçülməsi işləri;
– işdən çıxarılmış avadanlıqların qurudulması və təmizlənməsinə nəzarət;
– avadanlıqların və paylayıcı qurğunun kameralarından kənarda olan çəpərlərin üz yazılarının yenilənməsi işləri;
– açıq paylayıcı qurğu ərazilərinin abadlaşdırılması, otların biçilməsi və təmizlənməsi, yolların və keçidlərin qardan təmizlənməsi işləri.