Nəzarətçi qismində elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis təyin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşin texnologiyası ilə əlaqədar təhlükəsizliyə cavabdeh şəxs briqadanın üzvü olmaqla ona rəhbərlik edən şəxsdir və o daima işləmə yerində olmalıdır. Briqada üzvü bu Qaydaların və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə, işə buraxılış və iş zamanı alınan göstərişlərə riayət edilməsinə görə cavabdehdir.