Bir nəfər iş rəhbərinə, işəburaxana, iş icraçısına (nəzarətçiyə) növbə ilə işə buraxılış və naryad üzrə işlərin görülməsi üçün verilən naryadların sayını, naryadın qüvvədə olma müddətini naryadverən təyin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Naryadın müddətini 1 (bir) dəfə uzatmağa yol verilir. Naryadda göstərilən işlər tam başa çatdıqdan sonra naryad növbətçidə, xətlərdə və xidmət heyəti olmayan yarımstansiyalarda işlər zamanı naryadverəndə və ya operativ səyyar briqadanın dispetçerində 30 (otuz) gün müddətində saxlanılır. Naryad üzrə işlər görülərkən qəzalar və ya bədbəxt hadisələr baş verərsə, naryad təhqiqat materialları ilə birlikdə elektrik qurğusunun istismarçısı tərəfindən arxivləşdirilir.