Daşkəsəndə gəlin qaynanasını baltalayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, xəsarət alan 66 yaşlı Tahirə Qurbanovun oğlu Nofəl Qurbanov Səidəni həyat yoldaşı kimi evə gətirib.
Bundan sonrada qaynana ilə gəlin arasında mübahisə baş verib. Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb.
Qeyd edək ki, zərərçəkən 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırmalara başlanıb.